İdman
Klublarımız yanvarın 4-də kisənin ağzını açacaq?
Azərbaycanda 2016/17 mövsümünün qış transfer pəncərəsinin vaxtı müəyyənləşib. Qış transfer pəncərəsi yanvarın 4-ü açıq elan ediləcək, fevralın 1-nə keçən gecə, saat 00:00-da bağlanacaq. Sözügedən müddət ərzində Azərbaycan klubları heyətlərinə cəlb etdikləri oyunçuları qeydiyyatdan keçirə biləcəklər. Goal.az
Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib.
Ronaldu tarixə düşdü
"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti dəfə tarixə düşüb. Portuqalulduz buna klublararası dünya çempionatının finalında Yaponiyanın "Kashima Antlers" klubuyla oyunda nail olub.
Yeniyetmə güləşçilər Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıb
Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. AGF-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
Messi ilin ən yaxşı bombardiridir
Avropanın 5 ən böyük liqasının futbolçuları arasında bütün yarışlarda 2016-cı ildə ən çox qol vuran oyunçu müəyyənləşib. "Barselona"nın hücumçusu Lionel Messi bu ilin bombardiri olub.La Liqanın 16-cı turunda "Espanyol"la görüşdə fərqlənən argentinalı oyunçu bu il vurduğu qolların sayını 51-ə çatdırıb və ən yaxşı bombardir olub. Qol.az
İbrahimoviçi Çində görmək istəyirlər
"Qarabağ" Reynaldon göndərir?
Ramal Aslanovdan növbəti çempionluq
Yüngül əxlaqlı qadınların "köməyilə" baş tutan transfer
"Çelsi" maliyyə hesabatını AÇIQLADI
"Qarabağ" qış çempionu oldu - YENİLƏNİB
Vitsel "Yuventus"la razılığa gəldi
Qəbələdə unikal oyun, "Neftçi" uduzdu, "Qarabağ"ın ev sınağı - YENİLƏNİB
Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Faystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.
Erməniyə qalib gəlib dünya çempionu oldu
Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir. Goal.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb. Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.










.jpg)



