"Qarabağ" Reynaldon göndərir?

Reynaldo "Qarabağ"dan göndərilə bilər.

İdmanxəbər-in məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı forvardın çıxışından narazıdır. Məhz buna görə də "Qarabağ" yeni hücumçu axtarışına çıxıb.

"Qarabağ" Reynaldonu ən pis halda icarəyə verməyi düşünür. Əgər "köhlən atlar" qışda istədiyi hücumçunu tapsa, o zaman Reynaldonu başqa komandada görə bilərik.

Qeyd edək ki, hücumçunun "Qarabağ"la 2018-ci ilə kimi müqaviləsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31