Ramal Aslanovdan növbəti çempionluq
18 Dekabr 2016 16:23 İdmanAzərbaycanlı kikboksçu, "Lord" ləqəbli Ramal Aslanovun ötən ay "Dünya grand-pri"sində qalib olduğu barədə məlumat vermişdik.
Publika.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə bu titulu qazanan idmançımız super çempionluq uğrunda mübarizədən də qələbə ilə ayrılmağı bacarıb. Onun rəqibi "Dünya gran-pri"sinin ötənilki qalibi Çin idmançısı Lee Yinkong olub. Həmyerlimiz qarşılaşmadan qalib ayrılmaqla çempionluğu rəsmiləşdirib.
Xatırladaq ki, Ramal Aslanov bu il keçirdiyi 9 peşəkar döyüşün hamısında qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31