Yığmamızdan səfər qələbəsi


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan komandamız ikinci sınağına çıxıb.

Millimiz Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.

Qeyd edək ki, komandaların ilk oyununda meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanmışdılar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31