Yüngül əxlaqlı qadınların "köməyilə" baş tutan transfer
18 Dekabr 2016 07:47 İdman2015-ci ilin yayında "İnter"ə transfer olunan Joffre Kondoqbianın gələcək taleyi naməlumdur. Bu arada "Football Leaks" gənc müdafiəçi ilə bağlı maraqlı bir məlumatın üstünü açıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçunun böyük klublara satılması üçün yüngül əxlaqlı qadınların "köməyindən" istifadə olunması iddia edilir. Hadisə 2013-cü ildə baş verib. Həmin vaxt "Sevilya"nın futbolçusu olan Kondoqbianın 50% transfer hüququna sahib olan "Doyen Sports" top-klubların rəhbərləri üçün şənlik təşkil edib. Kompaniya Mayamidə 650 kv.metr sahəsi olan apartamentlər icarəyə götürüb. "Doyen Sports"un idman direktoru Nelio Lukasın Whastapp yazışmalarından məlum olur ki, həmin yerə yüngül əxlaqlı qadınlar çağrılıb. Lukasın yazılarına görə həmin mərasimə "Real"ın prezidenti Florentino Perez də gəlibmiş.
"Maraqlı insan idi. Qalstukunu çıxarıb rəqs etdi" - yazışmada deyilir.
Perez belə şənlikdə iştirakını təkzib edir. Xatırladaq ki, Kondoqbia 2013-cü ildə 25.6 milyon avroya "Monaco"ya transfer olunmuşdu.