Ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirilir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirir. “OLAYLAR”-ın xəbərinə görə, turnir Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunur. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, ABŞ, İsrail, Moldova, Ukrayna, Bolqarıstan, Polşa, İran, Gürcüstan, Tacikistan, Belarusiya idmançıları da mübarizə aparacaqlar. Tirnir dekabrın 22-dək daam edəcək.
22 Dekabr 2016 13:43 İdmanBakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirir. "OLAYLAR"-ın xəbərinə görə, turnir Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunur. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, ABŞ, İsrail, Moldova, Ukrayna, Bolqarıstan, Polşa, İran, Gürcüstan, Tacikistan, Belarusiya idmançıları da mübarizə aparacaqlar. Tirnir dekabrın 22-dək daam edəcək.
Qeyd edək ki, Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər açıq turniri Azərbaycan Ağır Atletika Federasiyasının müraciətinə əsasən 2001-ci ildən keçirilir və bu turnir artıq sayca on altıncıdır, 2015-ci ildən isə Beynəlxalq turnir kimi keçirilir.