İdman
Ən yaxşı qadın klubunun adı açıqlandı
2016-cı ilin ən yaxşı qadın klublarının adları müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi "Lion" olub.
Tanınmış futbolçu karyerasını bitirdi
"River Pleyt"in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib. Argentinalı 33 yaşında bu fikrə gəlib. Karyerasının böyük hissəsini Avropada keçirən, "Bordo", "Vilyarreal", "Malyorka" kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb. Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib. Apasport.az
"Leo Messiyə qarşı ancaq dua etməlisən"
"Yuventus"un və İtaliya millisinin təcrübəli müdafiəçisi Ciorcio Kyellini Ronaldu və Messi haqda danışarkən maraqlı etirafı iə diqqət çəkib. Məşhur müdafiəçi dünyanın ən güclü iki futbolçusuyla bağlı "Hansı güclüdür?" sualına belə cavab verib:
Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku” başa çatıb
“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. “Qarabağ” komandası “Köhlən” kollektivini 2-0 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb. Ardınca yarışın final oyununa start verilib. Meydana “Sərhədçi” və “Polad” komandaları çıxıblar. “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Prezident Kuboku”nun sahibi olub.
Qəbələ İdman Klubu bu ilin İdman Klubu seçilib
2016-cı ilin idman yekunlarına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş tədbirdə Qəbələ İdman Klubu mükafatlandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, idman yarışlarının yüksək səvviyyədə təşkili və keçirilməsi, Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, ölkəmizdə klub futbolunun inkişafında oynadığı önəmli rol, digər idman uğurları Qəbələ İdman Klubunun 2016-cı ilin İdman Klubu seçilməsinə səbəb olub.
"Neftçi"də daha bir ayrılıq
"Neftçi" daha bir futbolçusuyla yollarını ayırıb. Söhbət Jonas Pesallidən gedir. 26 yaşlı yarımmüdafiəçi özü komandadan ayrılmaq istəyib. O, "ağ-qaralar"la başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nda finalçılar məlum olub
“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nun yarımfinal mərhələsinə yekun vurulub. Əvvəlcə meydana “Sərhədçi” və “Qarabağ” komandaları çıxıblar. Görüş “Sərhədçi” komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. Digər yarımfinal görüşündə isə “Polad” komandası “Köhlən” kollektivini 5-1 hesabı ilə məğlub edib. Dekabrın 28-i Saat 15:00 -da 3-cü yer uğrunda görüş başlayacaq. Meydana “Qarabağ” və “Köhlən” komandaları çıxacaqlar. Saat 16-da isə final oyunu keçiriləcək. Prezident kuboku uğrunda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər.
"Qızıl top"a sahib çıxmasam, ölmərəm"
"Barselona"nın hücumçusu Neymar "Qızıl top" barədə fikir bildirib. Braziliyalı ulduz bunları deyib: ""Barselona" karyeramdan, komanda və şəxsi həyatımdan razıyam. "Qızıl top"u qazanmaq, əlbəttə, mənim məqsədimdir. Amma bu mükafata sahib çıxmasam, ölmərəm. "Barselona"da xoşbəxtəm. "Qızıl top" almamaq problem deyil. Bunun üçün futbol oynamıram. Təəssüf ki, "Qızıl top"u yalnız bir nəfər qazanır. Dünyada ən yaxşı isə Messidir". Goal.az
"Azərbaycanla qarşılaşma ən yaddaqalan oyunlardandı"
Millidəki ilk oyunum uğurlu alınıb. Bu üzdən Azərbaycanla qarşılaşma yığma karyeramın ən yaddaqalan görüşlərdən biridi. Bu sözləri Qazaxıstan millisinin sabiq futbolçusu Marat Xayrullin deyib. "Aktobe"nin futbolçusu vətənində verdiyi müsahibədə 11 oyunluq yığma karyerasından danışıb. Marat bildirib ki, Azərbaycan millisi ilə qarşılaşmadakı debütü unudulmaz oyunlardandı: "Biz rəqibimizi Astanada qəbul edirdik. Stadion tam dolmuşdu. Həmin görüşdə 2:1 hesabı ilə qalib gəldik. Qollardan birinin də ötürməsini mən verdim".
"Qarabağ"ın sabiq hücumçusu Fransada oynaya bilər
Papa qəzada həyatını itirdi
Almeyda "Qarabağ"ı tərk edib, İtaliyada oynaya bilər
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində "Qarabağ"ı tərk edə bilər.
İdmançılarımız qarışıq döyüş növlərində ( MMA ) bütün kəmərlərə sahib oldular
19 dekabr Bakı Əl Oyunları İdman Sarayında İran, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna və digər dövlətlərin iştirakı ilə qarışıq döyüş növləri üzrə dünya kuboku keçrilmişdir.Həvəskarlar arası müsabiqələr başa çatdıqdan sonra professionallar arasında MMA (qaydasız döyüş) üzrə kəmər döyüşləri başlamışdır.
Ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirilir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçirir. “OLAYLAR”-ın xəbərinə görə, turnir Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunur. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, ABŞ, İsrail, Moldova, Ukrayna, Bolqarıstan, Polşa, İran, Gürcüstan, Tacikistan, Belarusiya idmançıları da mübarizə aparacaqlar. Tirnir dekabrın 22-dək daam edəcək.
35 yaşlı futbolçu üçün yüksək qiymət
İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb. 35 yaşlı futbolçuyla müqavilənin müddəti 2018-ci il iyunun 30-na kimi uzadılıb. Futbolçunun sərbəst qalma qimətini 40 milyon avrodur.












.jpg)

