İdman

Messi ilə yoldaşları FİFA-nı saya salmadılar

9 Yanvar 2017 18:50

Bu gecə Sürixdə FİFA-nın ötən ilin ən yaxşı oyunçusunu təyin edərək "The Best" ödülünü qazandıracaq qala-gecəsində "Barselona"nın 4 futbolçusu iştirak etməyəcək.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

9 Yanvar 2017 17:44

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.

Formula 1 biletlərini artıq 24 ölkədən alıblar

9 Yanvar 2017 17:08

"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb".

İntiqam: "Belə şad xəbəri sizdən eşitməyin yeri ayrıdı"

9 Yanvar 2017 12:43

Şad xəbəri sizdən eşidirəm. Bu barədə eşitmişdim. O söhbət, doğurdan, təsdiqləndi?Bunu  açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranıİntiqam Zairov deyib.

Azərbaycan çempionatı keçiriləcək

9 Yanvar 2017 11:54

Yanvarın 11-13-ü tarixlərində Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Tanınmış futbolçunun evi qarət olunub

9 Yanvar 2017 10:55

“Liverpul”un hücumçusu Roberto Firmino xoşagəlməz hadisə ilə üzləşib. Məlumata görə, braziliyalı futbolçunun evi qarət olunub. Yerli polis oğruların Firminonu və ailəsini günlərlə izlədiklərini bildirib. Çünki onlar ulduz futbolçunun evinə heç kim olmayanda giriblər. Qarətçilər ümumi dəyəri 70 min funt-sterlinq təşkil edən zinət əşyaları və geyimlər əldə ediblər.  Apasport.az saytının xarici mətbuata istinadən xəbər verir ki, oğurluq hadisəsindən qorxan Firmino həyat yoldaşı və iki övladı ilə birlikdə bir oteldə məskunlaşıb.

"Barselona" xorvat müdafiəçidən cavab gözləyir

30 Dekabr 2016 19:00

"Barselona" xorvatiyalı müdafiəçi Dario Srnaya olan marağını davam etdirir.  Katalonlar ona müqavilə təklif edib və cavab gözləyirlər. Srna bu transferə razılıq versə, məvacibi xeyli azalacaq. 34 yaşlı müdafiəçi son açıqlamasında bildirmişdi ki, "Şaxtyor" prezidenti Rinat Ahmedov onu "Barselona"ya pulsuz buraxacaq.  Goal.az

"Neftçi" klubunun 2016-cı ildə qazandığı medalların sayı açıqlanıb

30 Dekabr 2016 18:50

“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov klub və federasiyanın 2016-cı il üçün fəaliyyətini dəyərləndirib. Məlumata görə, federasiyanın rəsmi saytına danışan S.Sadıqov bu ilin “Neftçi" üçün uğurlu olduğunu bildirib.

Ermənini nokauta salan azərbaycanlı idmançı: “2016-cı il mənim üçün düşərli oldu”  

30 Dekabr 2016 15:02

“İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”. “OLAYLAR”-ın xəbərinə görə, bunu açıqlamasında nüfuzlu beynəlxalq yarışların qalibi “Tank” ləqəbəli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Dünyanın ən yaxşı bombardiri

28 Dekabr 2016 19:00

2016-cı ilin ən məhsuldar futbolçusu açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuranların yekun siyahısını tərtib edib.