"Qalatasaray" daha iki futbolçusu ilə yolları ayırıb.
Goal.az xəbər verir ki, klubun rəsmi saytı Jem Paul Karacan və Lukas Ontivero ilə müqaviləyə xitam verildiyini yazıb.
Sözləşmə vaxtından əvvəl ləğv edildiyi üçün Ontiveroya 550, Karacana isə 240 min avro təzminat ödənilib.