Çempionatdan 1,22 milyard avro qazanc götürdülər
AÇ-2016-ya ev sahibliyi etmiş Fransanın turnirdən qazancı açıqlanıb. Fransızlar ötən il keçirilmiş qitə birinciliyindən 1,22 milyard avro gəlir əldə ediblər.
10 Yanvar 2017 15:38 İdmanAÇ-2016-ya ev sahibliyi etmiş Fransanın turnirdən qazancı açıqlanıb. Fransızlar ötən il keçirilmiş qitə birinciliyindən 1,22 milyard avro gəlir əldə ediblər.
Araşdırmalara əsasən, turnir zamanı Fransaya 613 min turist səfər edib. Orta hesabla onların hər biri ölkədə 7-9 gün qalıblar və bu müddətdə günə 154 avro xərcləyiblər.
Məlumatın Fransanın İdman Nazirliyi tərəfindən rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, futbol tarixi ərzində ilk dəfə 24 komandanın iştirakı ilə baş tutan AÇ-2016 10 iyun-10 iyul tarixlərində keçirilib. Apasport.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31