MY-dən darmadağın, “Arsenal” son dəqiqələrdə xilas oldu - FOTO
8 Yanvar 2017 09:55 İdmanİngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi davam edir.
Milli.Az komanda.az-a istinadən bildirir ki,bu gün daha 25 oyun keçirilib.
"Mançester Yunayted" evdə "Ridinq"i 4:0 hesabıyla məğlub edərək, 1/16 finala vəsiqə qazanıb. Oyunda mankunianların qollarına Ueyn Runi, Antoni Marsial və Markus Reşford (2) imza atıblar.
"Lester" isə səfərdə "Everton"u üstələyərək adını növbəti mərhələyə yazdırıb. Oyunda hesabı "Everton" açıb. Romelu Lukaku Liverpul təmsilçisini hesabda önə keçirib. Ancaq ikinci hissədə Ahmed Musanın dublu "tülkülər"i növbəti mərhələyə daşıyıb.
"Arsenal" isə Çempionşip təmsilçisi "Preston"la oyunda çətinliklə üzləşib. Oyunun ilk dəqiqələrində hesabda geri düşən "topçular" ikinci hissədə Aaron Remsinin qoluyla matçda tarazlığı bərpa edib. Arsen Vengerin yetirmələri yalnız final fitinə 1 dəqiqə qalmış Olivye Jirunun vurduğu qolla növbəti mərhələyə vəsiqəni təmin edib.
Dünən səfərdə "Vest Hem"i darmadağın edən (5:0) "Mançester Siti" də 1/16 finala adlamışdı.
Xatırladaq ki, kubokun reqlamentinə əsasən, bərabərə bitmiş oyunların taleyinə təkrar keçiriləcək oyunda aydınlıq gələcək.
İngiltərə Federasiya kuboku, 1/32 final
7 yanvar
Mançester Yunayted - Ridinq 4:0
Akkrinqton Stenli - Luton Taun 2:1
Barrou - Roçdeyl 0:2
Birmingem - Nyukasl 1:1
Blekpul - Barnsli 0:0
Bolton - Kristal Pelas 0:0
Brentford - İstleyq 5:1
Brayton - Milton Keyns Dons 2:0
Bristol Siti - Flitvud Taun 0:0
Everton - Lester 1:2
Haddersfild - Port Veyl 4:0
Hall Siti - Suonsi 2:0
İpsviç - Linkoln 2:2
Milluol - Bornmut 3:0
Norviç - Sautqempton 2:2
KPR - Blekbern 1:2
Roterhem - Oksford 2:3
Stok Siti - Vulverhempton 0:2
Sanderlend - Bernli 0:0
Satton Yunayted - Uimbldon 0:0
Uotford - Barton 2:0
Vest Bromviç - Derbi Kaunti 1:2
Uiqan - Nottingem Forest 2:0
Uikomb - Storbric 2:1
Preston - Arsenal 1:2