İdman

Azərbaycan çempionatı keçiriləcək

9 Yanvar 2017 11:54

Yanvarın 11-13-ü tarixlərində Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Tanınmış futbolçunun evi qarət olunub

9 Yanvar 2017 10:55

“Liverpul”un hücumçusu Roberto Firmino xoşagəlməz hadisə ilə üzləşib. Məlumata görə, braziliyalı futbolçunun evi qarət olunub. Yerli polis oğruların Firminonu və ailəsini günlərlə izlədiklərini bildirib. Çünki onlar ulduz futbolçunun evinə heç kim olmayanda giriblər. Qarətçilər ümumi dəyəri 70 min funt-sterlinq təşkil edən zinət əşyaları və geyimlər əldə ediblər.  Apasport.az saytının xarici mətbuata istinadən xəbər verir ki, oğurluq hadisəsindən qorxan Firmino həyat yoldaşı və iki övladı ilə birlikdə bir oteldə məskunlaşıb.

"Barselona" xorvat müdafiəçidən cavab gözləyir

30 Dekabr 2016 19:00

"Barselona" xorvatiyalı müdafiəçi Dario Srnaya olan marağını davam etdirir.  Katalonlar ona müqavilə təklif edib və cavab gözləyirlər. Srna bu transferə razılıq versə, məvacibi xeyli azalacaq. 34 yaşlı müdafiəçi son açıqlamasında bildirmişdi ki, "Şaxtyor" prezidenti Rinat Ahmedov onu "Barselona"ya pulsuz buraxacaq.  Goal.az

"Neftçi" klubunun 2016-cı ildə qazandığı medalların sayı açıqlanıb

30 Dekabr 2016 18:50

“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov klub və federasiyanın 2016-cı il üçün fəaliyyətini dəyərləndirib. Məlumata görə, federasiyanın rəsmi saytına danışan S.Sadıqov bu ilin “Neftçi" üçün uğurlu olduğunu bildirib.

Ermənini nokauta salan azərbaycanlı idmançı: “2016-cı il mənim üçün düşərli oldu”  

30 Dekabr 2016 15:02

“İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”. “OLAYLAR”-ın xəbərinə görə, bunu açıqlamasında nüfuzlu beynəlxalq yarışların qalibi “Tank” ləqəbəli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Dünyanın ən yaxşı bombardiri

28 Dekabr 2016 19:00

2016-cı ilin ən məhsuldar futbolçusu açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuranların yekun siyahısını tərtib edib.

Ən yaxşı qadın klubunun adı açıqlandı

28 Dekabr 2016 18:55

2016-cı ilin ən yaxşı qadın klublarının adları müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi "Lion" olub.

Tanınmış futbolçu karyerasını bitirdi

28 Dekabr 2016 18:50

"River Pleyt"in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib. Argentinalı 33 yaşında bu fikrə gəlib. Karyerasının böyük hissəsini Avropada keçirən, "Bordo", "Vilyarreal", "Malyorka" kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb.   Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib. Apasport.az

"Leo Messiyə qarşı ancaq dua etməlisən"

28 Dekabr 2016 18:48

"Yuventus"un və İtaliya millisinin təcrübəli müdafiəçisi Ciorcio Kyellini Ronaldu və Messi haqda danışarkən maraqlı etirafı iə diqqət çəkib. Məşhur müdafiəçi dünyanın ən güclü iki futbolçusuyla bağlı "Hansı güclüdür?" sualına belə cavab verib:

Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident  Kuboku” başa çatıb

28 Dekabr 2016 17:57

“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib.  “Qarabağ” komandası “Köhlən” kollektivini 2-0 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb. Ardınca yarışın final oyununa start verilib. Meydana “Sərhədçi” və “Polad” komandaları çıxıblar. “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Prezident  Kuboku”nun sahibi olub.