Ramil Şeydayev Çexiya klubuna keçir
"Trabzonspor"da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədi. Qrşıdakı günlərdə millimizin üzvünün yeni klubu bəlli olacaq.
12 Yanvar 2017 16:20 İdman"Trabzonspor"da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədi. Qrşıdakı günlərdə millimizin üzvünün yeni klubu bəlli olacaq.
Əldə etdiyimiz özəl məlumata görə, gənc hücumçu karyerasını Çexiyada davam etdirəcək. Danışıqlara təsir etməsin deyə, klubun adı hələlik gizli saxlanılır. Ancaq Şeydayevin Çexiya klubunda icarə əsasında çıxış edəcəyi dəqiqdi.
Qeyd edək ki, Ramil Şeydayev yayda "Zenit"dən "Trabzonspor"a transfer olunub. Futbol11.az-a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31