"Onu hazırda dünyanın ən yaxşı müdafiəçisi hesab edirəm"
"Arsenal" fransalı futbolçuları ilə yeni müqavilə imzalayıb. söhbət Olivye Jiru, Loran Kosilni və Fransis Koklendən gedir. "Topçular"ın rəsmi saytı müqavilənin detallarını açıqlamasa da, baş məşqçi Arsen Venqer trionun uzun müddət klubda qalacağını açıqlayıb.
12 Yanvar 2017 18:44 İdman"Arsenal" fransalı futbolçuları ilə yeni müqavilə imzalayıb. söhbət Olivye Jiru, Loran Kosilni və Fransis Koklendən gedir. "Topçular"ın rəsmi saytı müqavilənin detallarını açıqlamasa da, baş məşqçi Arsen Venqer trionun uzun müddət klubda qalacağını açıqlayıb.
"Çox şadam ki, komandamızın 3 vacib futbolçusu uzun müddət burada qalacaq. Fransis son illər byük uğurlar qazanıb. Olivye böyük təcrübəyə malikdir, Loran isə heyətin aparıcı futbolçularından biridir. Onu hazırda dünyanın ən yaxşı müdafiəçisi hesab edirəm. Bizim üçün yaxşı xəbərdir" - Venqer qeyd edib. Goal.az