"Premyer Liqada istənilən rəqibi məğlub etmək olar"

Fransa millisinin sabiq futbolçusu Klod Makelele "Suonse"də Pol Klementin köməkçisi kimi çalışacaq.  Dünya və Avropa çempionu təyinatından sonra Uels klubunun rəsmi saytına bunları deyib: "Pol mənə çox şey öyrədib.

Fransa millisinin sabiq futbolçusu Klod Makelele "Suonse"də Pol Klementin köməkçisi kimi çalışacaq.  Dünya və Avropa çempionu təyinatından sonra Uels klubunun rəsmi saytına bunları deyib: "Pol mənə çox şey öyrədib. Onun Premyer Liqada işə başladığını öyrəndiyini bilən kimi zəng edib köməyimi təklif etdim. "Suonse" ilə bölüşə biləcəyim şeylər var. Məqsədimiz Premyer Liqada qalmaqdır. Komandaya kömək etmək üçün əlimdən gələni əsirgəməyəcəm. İngilis futbolundakı ab-hava həmişə xoşuma gəlib. Burada istənilən rəqibi məğlub etmək olar". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31