"Yuventus"un futbolçusu geri göndərildi

İngiltərə Premyer Liqasında çıxış edən "Vest Ham" yayda "Yuventus"dan icarəyə götürdüyü Simone Zazanı geri göndərib.

Goal.az- xəbər verir ki, "çəkicdöyənlər"in baş məşqçisi Slaven Biliç Zazanın müqaviləsində olan bənddən istifadə etdiklərini və onu geri göndərdiklərini söyləyib.

London klubunun heyətində 11 oyun keçirən İtaliya millisinin üzvü yayda 5 milyon avro qarşılığında bir illik icarəyə götürülmüşdü. Mövsümün ilk yarısında sərgilədiyi oyunla ümidləri doğrultmayan hücumçu icarə müddətinin başa çatmasına 6 ay qalmış geri qaytarılıb. Zazanın İspaniya La Liqasında çıxış edən "Vaıensiya"ya icarəyə veriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31