"Qalatasaray"dan çətin qələbə - VİDEO

Türkiyə Kubokunda qrup mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, E qrupunda çıxış edən "Qalatasaray" doğma meydanda "Tuzlaspor"u 2:1 hesabıyla məğlub edib.

Oyunda "aslanlar"ın qollarına Sabri Sarıoğlu və Josue imza atıblar.
 
Bu qələbəylə İstanbul klubu E qrupunda 2-ci pilləyə yüksəlib. Qrupda ilk pillədə isə 6 xalla "Tuzlaspor" qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31