“Mançester”lərin derbisində yenə “Siti”

Futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turuna Mançester derbisi ilə yekun vurulub. Lent.az-ın məlumatına görə, "Mançester Siti" sona 2 tur qalmış "Mançester Yunayted"i 1:0 hesabı ilə yenərək, liderliyə yüksəlib.  Yeganə topu 45+1-ci dəqiqədə Vensan Kompani vurub. Bu nəticədən sonra hər iki komandanın xalları bərabərləşib - 83 xal. Lakin vurulan və buraxılan topların fərqində "Siti" daha üstün olduğu üçün, "qırmızı şeytanlar" ikinci pilləyə enib.
Qeyd edək ki, ilk dövrədəki Mançester derbisində "şəhərlilər" böyük hesabla qalib gəlib - 6:1. Həmin vaxt "Mançester Yunayted" evdə oynayıb. Son 2 turda "Mançester Siti" səfərdə "Nyukasl"la, evdə KPR-lə, "Mançester Yunayted" isə evdə "Suonsi", səfərdə "Sanderlend"lə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31