"40 oyunluq cəzalanmalıyam" - İbrahimoviç

"Avro-2016"nın seçmə mərhələsində dünən Avstriya ilə oyunda rəqib futbolçu David Alabaya dirsəyi ilə zərbə endirən İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç etdiyi hərəkətlə bağlı açıqlama verib. Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu cəzalanmalı olduğunu qeyd edib. "Bu hərəkətimə görə 40 oyunluq cəzalanmalıyam" - deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, Avstriya - İsveç matçı 1:1 hesabı ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31