Messi sağalır
9 Sentyabr 2014 19:40 İdman"Barselona"nın futbolçusu Lionel Messinin zədəsi sağalmaq üzrədir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun İspaniya La Liqasında şənbə günü oynanılacaq "Atletik"lə (Bilbao) matça qədər tam hazır olacağı bildirilib. "Barsa"nın baş məşqçisi Luis Enrikenin Messiyə sözügedən qarşılaşmada şans verəcəyi gözlənilir.
Qeyd edək ki, Messi La Liqada "Vilyareal"la oyunda zədələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31