Lövə yeni köməkçi təyin olundu
9 Sentyabr 2014 19:15 İdmanAlmaniya millisinin baş məşqçisi Yoahim Lövün yeni köməkçisi müəyyənləşib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, ötən mövsüm "Ştutqart"ı çalışdıran Tomas Şneyderdir. 42 yaşlı mütəxəssislə iki illik müqavilə imzalandığı bildirilib. Onun "Avro-2016" başa çatana qədər millidə işləyəcəyi açıqlanıb.
Qeyd edək ki, bundan əvvəl Hans-Diter Filk Lövün əsas köməkçisi olub. O, sentyabrın 1-dən idman direktoru vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31