“Qarabağ” klubundan növbəti tarixi zəfər: Avropa komandanı məşhurlar siyahısına daxil edir
9 Sentyabr 2014 15:03 İdmanAzərbaycanın "Qarabağ" futbol klubu tezliklə komputer oyunlarına salınacaq. "Olaylar"-ın məlumatına görə, bu barədə klubun "Facebook"-dakı rəsmi səhifəsində məlumat verilib. Səhifə "Qarabağ"-ın "Playstation" oyunlarına salınacağı barədə elan verib. Qeyd edək ki, bu baş tutacağı təqdirdə Azərbaycan futbolunda yenilik kimi tarixə düşəcək. İndiyədək "Playstation" oyunlarında heç bir Azərbaycan klubunun, nə də ki milli komandasının adı rəsmi şəkildə daxil edilməyib. "Playstation" şirkətinin belə bir addım atmasına səbəb son zamanlarda "Qarabağın" qitə miqyaslı yarışlarda uğur qazanmasıdır. "Playstation" oyunları Avropa və dünyanın ən çox üstünlük verdiyi əyləncələr siyahısına daxildir ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31