"Beşiktaş"lı futbolçular şokda!
9 Sentyabr 2014 12:43 İdmanMilli.Az amkspor.com-a istinadən xəbər verir ki, "Beşiktaş" klubunun idarə heyəti kisənin ağzını açdı. Belə ki, qarşıdakı 5 matçın hamısında qalib gələrək 15 xal toplansa, hər futbolçuya 100 min TL mükafat veriləcək. Mövsümə yaxşı başlayan və etdiyi ulduz transferlərlə heyətini gücləndirən klubdan azerkeşlər bu il uğurlu nəticə gözləyirlər. Əgər "Beşiktaş" Avropa Liqasında qrupdan çıxarsa, hər futbolçuya daha 50 min TL əlavə veriləcək. Futbolçular rəhbərliyin bu hərəkətindən şoka düşdüklərini və onlara bəslənən etimadı doğruldacaqlarını bildirdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31