Millimizin "Avro-2016"da ilk sınağı

Azərbaycan millisi "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün ilk matçına çıxacaq.

Milli.Az qol.az-a istinadən bildirir ki, Berti Foqtsun komandası evdə Bolqarıstan yığmasını qəbul edəcək.

8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da, səfərdə İtaliyaya qarşı keçirəcək.

9 sentyabr

"Avro-2016"nın seçmə mərhələsi

21:00. Azərbaycan - Bolqarıstan
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi (hamısı İsraildəndir)
Bakı. 8-ci km qəsəbə stadionu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31