Blatter qərarını açıqladı

FİFA prezidenti Yozef Blatter qurumun gələn il keçiriləcək prezident seçkilərində yenidən namizədləyini irəli sürəcək. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Blatterin özü açıqlamasında deyib. "Qarşıma heç vaxt bitməyəcək böyük hədəf qoydum və vəzifəmi hələ yerinə yetirməmişəm. Sao Paulodakı FİFA-nın son konqresində insanlardan böyük dəstək gördüm. Buradan rəsmi açıqlama verirəm. Növbəti prezident seçkilərində də namizəd olacam" - deyə o, bildirib.

Qeyd edək ki, FİFA-ya növbəti prezident seçkiləri gələn ilin may ayında keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31