Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
8 Sentyabr 2014 17:25 İdmanPolşanın Qlivitse şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Trend Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda yerli idmançılarla yanaşı, Çexiya, Almaniya, Finlandiya, Fransa, Ukrayna və Macarıstannın ümumilikdə 90 dəri əlcək ustası iştirak edib. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Çexiya nümayəndəsi Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib. A.Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata layiq görülüb. Digər təmsilçimiz Yana Alekseva isə yarımfinalda uduzaraq 3-cü yerə sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31