İlkay Gündoğan qayıtdı – 13 aydan sonra

"Borussiya"nın futbolçusu İlkay Gündoğan uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türkəsilli alman yarımmüdafiəçi Dortmund təmsilçisinin U-23 komandası ilə yoldaşlıq matçınında 35 dəqiqə meydanda olub.

Qeyd edək ki, qarşılaşma "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, İ.Gündoğan son olaraq ötən ilin avqustunda Almaniya bundesliqasında "Aysburq"la matçda iştirak edib. Bu görüşdə belindən zədələnən futbolçu uzun müddət idi ki, oynamırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31