Qurban Qurbanov əvəzedici heyətdən oyunçular gətirdi
8 Sentyabr 2014 19:05 İdmanAzərbaycan Premyer Liqasının V turunda AZAL-ın qonağı olacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda günə bir məşqlə kifayətlənir. Ağdam təmsilçisi milli komandaların oyunları səbəbindən tam heyətlə çalışa bilmir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən əsas komandaya dəvət edilib. Komanda ümumlikdə 15-16 futbolçunun iştirakı ilə məşqlərini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31