Polo üzrə milli komandamız “Dünya kuboku”nda 3-cü oldu
8 Sentyabr 2014 16:34 İdmanBakıda Polo üzrə dünya kuboku yarışlarına yekun vurulub. Paytaxtımızda ikinci dəfə təşkil olunan turniriin qalibi Argentina komandası olub. "Binə Atçılıq Mərkəzi"nin Polo Arenasındakı yarışlarda Azərbaycanla yanşı Argentina, Amerika Birləşmiş Ştatları və Avropa olmaq üzrə dörd peşəkar komanda iştirak edib. Dünya Kubokunun sonuncu günü turnirin qalibi və mükafatçıları məlum olub. Əvvəlcə 3-cü yer uğrunda Azərbaycan və Amerika Birləşmiş Ştatları komandaları qaşılaşıb. Görüş Azərbaycan Polo komandasının 8-4 hesablı qələbəsi ilə yekunlaşıb. Final matçında isə Avropa və Argentina komandalrı üz-üzə gəlib. 1 il əvvəl həlledici görüşdə Avropa təmsilçilərinə uduzan Cənubi Amerikalılar bu dəfə qələbə qazanıblar. Argentina təmsilçiləri 8-5 hesablı ilə qalib gəliblər. Beləliklə Argentina komandası polu üzrə 2-ci dünya kuboku yarışlarının qalibi olub. Avropa komandası ikinci, Azərbaycan seçməsi isə 3-cü yeri tutub.