Məşhur idmançı ticarət mərkəzinin qarşısında dilənir

Amerika basketbolunun əfsanəsi Allen Ayverson dilənçilik etmək məcburiyyətindədir. "OLAYLAR"ın "The News Nerd"-ə istinadən verdiyi məlumata görə, keçmiş oyunçu Atlantanın iri ticarət mərkəzlərinin birində dilənərkən görüntülənib.
Alıcıların sözlərinə görə, kişi olduqca səliqəsiz və yorğun olub. Mərkəzin mühafizəçisi ondan binanı tərk etməyi xahiş edib. Mühafizəçinin sözlərinə görə, bunu etmək o qədər də asan olmayıb. Çünki Ayverson onun kumiri olub: "Onu bu vəziyyətdə görmək çox ağırdır. Ümid edirəm ki, basketbolçu özünü toparlayıb keçmiş həyatına qayıdacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31