II Yay Olimpiya Oyunları başladı
19 Avqust 2014 12:37 İdmanÇinin Nanjing şəhərində Yeniyetmələrin II Yay Olimpiya oyunlarına start verilib. Yarışda ölkəmiz 21 idmançı ilə təmsil olunur. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Milli Olimpiya Komitəsi, Gənclər və Idman Nazirliyi və Təhsil Nazirliyinin rəsmiləri II Yay Olimpiya oyunları zamanı Olimpiya kəndində Milli Yığma Komandanın üzvləri ilə görüşüblər. Müvafiq dövlət qurumlarının nümayəndələri idmançılara uğurlar arzulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31