Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi olub
19 Avqust 2014 12:15 İdmanAvqustun 17-si Belçikada CSİ-2* kateqoriyalı beynəlxalq "Lier" turnirinə yekun vurulub. 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrick Mc Entee təmsil edib. Əvvəlcə idmançımız "Alice" ləqəbli atla "Small Tour Grand Pri" mərhələsinin qalibi olub. Ardınca isə Patrick Mc Entee cavan gənc atlarla keçirilən yarışa qoşulub. Turnirin bu mərhələsində "April Marais Mury Z" ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31