Robben: "Yeni mövsümə hazır deyiləm"

"Bavariya"nın futbolçusu Aryen Robben "Borussiya" (Dortmund) klubu ilə superkubok matçında oynamamasının səbəbini açıqlayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan hollandiyalı futbolçu yeni mövsümə tam hazır olmadığını bildirib: "Yeni mövsümə tam hazır deyiləm. Daha çox çalışmalı və əvvəlki formamı bərpa etməliyəm. Əlbəttə ki, yeni mövsümdə də yüksək səviyyəli oyun nümayiş etdirmək istəyirəm. Bunun üçün bir qədər zamana ehtiyacım olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31