“Qarabağ” - “İnter” oyununun məkanı və vaxtı dəyişdirildi
15 Avqust 2014 14:06 İdmanHəftə sonu Ağdamın "Qarabağ" klubu "Topaz" Premyer Liqasının II turu çərçivəsində "İnter" qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünü "Qarabağ" - "Twente" matçına qədər ideal vəziyyətdə saxlanılması üçün "ağdamlılar" "bakılıları" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək və "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31