Allan Lalin “Xəzər Lənkəran”ı xatırladı: Ora qayıtmaq istərdim

"Azərbaycandakı karyeram mənim üçün yaxşı təcrübə oldu. "Xəzər Lənkəran" kimi bir klubda oynamaqla, çox şey öyrəndim". Apasport.az saytının xəbərinə görə, bu sözlər honduraslı hücumçu Allan Lalinə məxsusdu. Vaxtilə "Xəzər Lənkəran"ın şərəfini qoruyan forvard Honduras mətbuatına müsahibəsində Azərbaycanda oynatdığı dönəmi yada salıb. "Azərbaycan fantastik ölkə idi. Mənim komandam daim çempionluq üçün yarışırdı. "Xəzər Lənkəran"la ölkə kubokunu qazanmışam. Avroliqanın təsnifat mərhələsində oynadıq. Azərbaycan sakit ölkədi. Paytaxt Bakı ilə Lənkəranda arasında 3 saatlıq məsafə var. Bu da bizə heç bir problem yaratmırdı. Əsas odu ki, komandamızın arxasında böyük azarkeş ordusu dururdu. Hər qələbədən sonra Lənkəranda qayıdanda, azarkeşlər bizi böyük sevinclə qarşılayırdılar" - deyə, Lalin bildirib. Hazırda Yunanıstanda "Paniliakos" klubunun formasını geyinən 33 yaşlı futbolçu ölkəmizdə hər il qeyd olunan Ramazan bayramından da danışıb: "Ümumiyyətlə, onlar maraqlı insanlardı. Çox mehriban və səmimi. Ən çox xoşuma gələn isə Ramazan bayramının qeyd olunması idi. Ümumiyyətlə, "Xəzər Lənkəran"da xoş xatirələrim qalıb. Futbolçu kimi olmasa belə, yenidən Lənkərana qayıtmaq istərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31