Suares bu gün "Barselona"da məşqə başlayacaq
15 Avqust 2014 12:25 İdmanLuis Suares bu gün "Barselona"da ilk məşqinə çıxacaq. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı hücumçunun avqustun 18-i isə ictimaiyyətə təqdim olunacağı bildirilib.
Qeyd edək ki, DÇ-2014-ün qrup mərhələsində İtaliya ilə matçda Corcio Kyellinini dişləyən Suaresin məşqlərdə iştirakına qadağa qoyulmuşdu. Beynəlxalq İdman Arbitraj Məhkəməsi oyunçunun bu cəzasını ləğv edib. Ancaq Suaresin dörd ay müddətinə futboldan kənarlaşdırılması və millinin heyətində doqquz oyun meydana çıxmaması ilə bağlı verilən cəzalar isə qüvvədə qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31