"Bavariya"nın futbolçusu altı aylıq sıradan çıxdı
14 Avqust 2014 20:50 İdmanAlmaniya superkubokunda "Borussiya" (Dortmund) klubu ilə görüşdə zədələnən "Bavariya"nın futbolçusu Xavi Martinez son durumuna aydınlıq gəlib. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən ispaniyalı futbolçunun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub. "Bavariya"nın baş məşqçisi Pep Qvardiola da məlumatı təsdiqləyib. Sol çarpaz bağlarında yırtıq aşkarlanan futbolçunun gələn ilin fevral ayında yaşıl meydanlara qayıdacağı bildirilir.
Qeyd edək ki, "Borussiya" ilə matçın 31-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşma nəticəsində yerdə qalan Martinez oyunu davam etdirə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31