"Neftçi"nin oyunu türkiyəli hakimə tapşırıldı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının hakimləri bəlli olub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqradda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Hüseyn Göçek olacaq. Ona Mustafa Əmrə Eyisoy və Orkun Aktaş köməklik edəcək. Süleyman Abay isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 21-də Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31