Mourinyodan iddialı açıqlama
14 Avqust 2014 20:05 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo iddialı fikirlər səsləndirib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu yay edilən transferlərdən razı qalan təcrübəli mütəxəssis deyib ki, artıq arzuladığı heyəti qurub: "Hazırkı heyətlə yeni mövsümdə, hətta qarşıdakı 5-10 il ərzində uğur qazana bilərik. Futbolçularımdan məmnunam. Möhtəşəm klubda işləyirəm. Klub rəhbərliyi transfer üçün üç seçim haqqı verdi və mən müdafiəçi, yarımmüdafiəçi və hücumçu alınmasını istədim. Ancaq onlar Dieqo Kosta ilə yanaşı, daha bir hücumçu - Didye Droqbanı da heyətə cəlb etdilər". Mourinyo onu da qeyd edib ki, yeni mövsümdə Premyer Liqasnın əsas favoriti "Çelsi"dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31