"Qarabağ" çempionluq kubokunu Ağdama aparır
14 Avqust 2014 17:07 İdman"Qarabağ"ın Ağdama gedəcəyi tarix müəyyənləşib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı açıqlama yayaraq, "Qarabağ"ın başda vitse-prezident Tahir Gözəl olmaqla millinin oyunları zamanı çempionat və avrokuboklara veriləcək fasilə dövründə Ağdama yollanacağını bildirib. "Qarabağ"ın Ağdama səfəri sentyabrın 1-7 arasında baş tutacaq. Xatırladaq ki, "Qarabağ"ın vitse prezidenti Tahir Gözəl ötən mövsüm qazandıqların kuboku Ağdama aparacaqlarını bildirmişdi. Ancaq avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31