Reynaldo "Qarabağ"dan gedə bilər
Braziliyalı futbolçu üçün İspaniya və Avstriyanın güclü klubları elçi düşüb
14 Avqust 2014 16:18 İdman"Qarabağ" klubunun legioner futbolçusu Reynaldo klubdan gedə bilər. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, braziliyalı futbolçu üçün İspaniya və Avstriyanın güclü klubları elçi düşüb. Ağdamlıların futbolçusu üçün artıq İspaniyanın "Levante" klubu təklif göndərib. Avstriyanın "Zaltsburq" klubu da futbolçunun xidmətində maraqlıdır. Bu sözügedən klublarla hazırda danışıqlar gedir. Əgər razılıq əldə edilərsə braziliyalı futbolçu "Qarabağ" düşərgəsini tərk edib yeni kluba keçə bilər.
Qeyd edək ki, Reynaldo Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"ın heyətində göstərdiyi oyunla nüfuzlu klublarının diqqətini çəkməyi bacarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31