“Barselona” “Rayo Vallekano”nu darmadağın etdi
30 Aprel 2012 13:30 İdmanIspaniya La Liqasında "Barselona" komandası "Rayo Vallekano" klubunun qonağı olub. Siasport.az saytının məlumatına görə, qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün oyun sərgiləyən "Barselona" Messi, Aleksis, Sançez, Keyta, Pedro və Tiaqonun qolları ilə meydandan 7:0 hesablı qələbə ilə ayrılıb. Bu qələbə ilə xalını 84-ə yüksəldən Katalan komandası "Real Madrid"in çempionluğu elan etməsinə icazə verməyib. Stadionu "əliboş" tərk edən "Rayo Vallekano" klubu isə 40 xalla qalıb.Xatırladaq ki, gecənin möhtəşəm qarşılaşmasında hesab Messinin 16-cı dəqiqədə vurduğu qolla açılıb, 90-cı dəqiqədə vurduğu qolla bağlanıb. Qeyd edək ki, "Barselona"nın "Rayo Vallekano"nu 7:0 hesablı məğlub etdiyi gecədə Messi və Pedro dubl edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31