Premyer Liqada daha 2 görüşün vaxtı dəyişdirildi
14 Avqust 2014 13:18 İdmanSentyabrın 3-də Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək yoldaşlıq oyunu qonşu ölkənin çempionatında növbəti dəyişikliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də baş tutmalı olan "Lokomotiv" - "Zenit" qarşılaşmasını bir gün əvvələ çəkən şimallılar bununla kifayətlənməyiblər. Belə ki, Rusiya Futbol Premyer Liqası (PFPL) daha iki görüşün vaxtında dəyişiklik edib. Bu addım milli komandanın təlim-məşq toplanışının sentyabrın 1-də başlayacağını və FİFA əsasnaməsinə görə atılıb. Sentyabrın 1-də keçirilməli olan "Krasnodar" - "Dinamo" görüşü də avqustun 31-də baş tutacaq. Bu ayın son günündəki "Rubin" - "Ufa" matçı isə nəzərdə tutulduğundan yarım saat tez - 17:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31