“Qarabağ” üçün 20 avro

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) görüşünün biletlərinin qiyməti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 28-də baş tutacaq cavab matçına ən ucuz bilet 7,5 avro olacaq. Enshede şəhərindəki qarşılaşmanı mərkəzi tribunalardan izləmək isə 20 avroya başa gələcək. Həm ən ucuz və ən baha, həm də 10, 12,5 və 15 avroluq biletlərin hamısına güzəştli qiymətlər də var. Mövsümlük abunə sahibləri və gənclər istənilən bileti 2,5 avro az ödəməklə əldə edə bilər.

Qeyd edək ki, avqustun 20-də satışa çıxarılacaq biletlərin sifarişi ayin 16-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31