Azərbaycan çempionu üçün yeni məşqçi
14 Avqust 2014 13:16 İdmanSon mövsüm "Telekom"un baş məşqçisi işləyən Vasif Talıbovun yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis karyerasını "Rabitə"də davam etdirəcək. Belə ki, ikinci klubu əsas komandaya dəyişən Talıbov Azərbaycan çempionun məşqçilər korpusunda yer alacaq. O, "Rabitə"nin baş məşqçisi Dejan Brdjoviçin köməkçisi işləyəcək.
Qeyd edək ki, o, ötən il "Telekom"da Eldar Yusubovu əvəzləmişdi. Yeni mövsümdə isə klubu yenidən Azərbaycan millisində və "Metro" klubunda birgə oynadığı komanda yoldaşına təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31