“Xəzər Lənkəran” hazırlığa başladı

Topaz Premyer Liqasının II turu çərçivəsində evdə "Sumqayıt"ı qonaq edəcək "Xəzər Lənkəran" doğma arenada hazırlığa start verib. Apasport.az xəbər verir ki, "ağ-yaşıllar"  dünən Lənkərandakı bazada ilk məşqlərinə çıxıblar.  Cənublular bu gün və sabah da qarşılaşma üçün hazırlıqları davam etdirəcək. Avqustun 16-da doğma meydanda "Sumqayıt"ı qəbul edəcək Oğuz Çətinin komandası öz azarkeşləri önündə mövsümün ilk oyununu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" 2014/2015 mövsümünün ilk turunda səfərdə AZAL-ın qonağ olub və qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31