Almaniya superkubokunu "Borussiya" qazandı
14 Avqust 2014 09:43 İdmanFutbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib. Qol.Az-ın verdiyi xəbərə görə, həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.Ötən mövsüm Bundesliqanın qalibi və ölkə kubokunun sahibi olan "Bavariya" klubu bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi superkuboka yiyələnib.Qeyd edək ki, bu, "Borussiya"nın tarixi ərzində qazandığı 5-ci superkuboku olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31