Dünyanın ən çox qazanan idmançısı bəlli oldu
"Forbes"in açıqladığı illik bülletendə 2013-cü ilin iyunundan 2014-cü ilin iyun aralığı öz əksini tapıb
13 Avqust 2014 18:35 İdmanPasport Rusiyalı tennisçi Mariya Şarapova ardıcıl 10-cu dəfə dünyanın ən çox qazanan idmançısı olub. ANS PRESS-in məlumatına görə, "Forbes"in açıqladığı illik bülletendə 2013-cü ilin iyunundan 2014-cü ilin iyun aralığı öz əksini tapıb. Bu müddət kəsiyində Şarapova 24,4 milyon dollar əldə edib. Bu vəsaitin böyük hissəsi reklam gəlirləridir. Mariyanın idmançı kimi isə kortdan əldə etdiyi 2,4 milyon dollar gəlir isə ümumi məbləğin cəmi 10 faizini təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31