Rusiya - Azərbaycan oyununa görə təqvimə dəyişiklik edildi

Rusiya Premyer Liqasının təqvimində dəyişiklik edilib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də keçirilməli olan "Lokomotiv" - "Zenit" matçı bir gün əvvələ təyin olunub. Buna Rusiya yığmasının sentyabrın 3-də Azərbaycan millisi ilə keçirəcəyi yoldaşlıq oyunu səbəb olub. Rusiya yığmasına futbolçu göndərən "Lokomotiv" və "Zenit" komandalarının oyunu avqustun 31-də keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31