"Levandovski dünyanın ən yaxşı hücumçusudur"
13 Avqust 2014 17:35 İdman"Bavariya"nın futbolçusu Filipp Lam komanda yoldaşı Robert Levandovski haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Levandovski hazırda dünyanın ən yaxşı hücumçusudur: "Onunla uğur qazanacağımıza inanıram. Levandovskinin tez bir zamanda komandaya uyğunlaşacağını düşünürəm. O, dünyanın ən yaxşı hücumçusudur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31